Səudiyyə Ərəbistanı «Boeing» şirkətinə 121 təyyarə sifariş edib.
FED.az xəbər verir ki, Ər-Riyad ABŞ-ın aerokosmik şirkəti olan «Boeing»ə 121 ədəd «787 Dreamliner» təyyarəsi sifariş edib.
Səudiyyədə yaradılan yeni «Ar-Riyadh Airlines» üçün eilən sifarişin məbləği 37 milyard dollardır.
Yeni təyyarələrdə «General Electric» şirkətinin ən müasir «GEnex» mühərrikləri olacaq. Ümumilikdə təyyarə sifarişi iki müqavilədən ibarətdir. Təyyarələrin bir hissəsi yeni yaradılan şirkətə, digəri isə indiyədək mövcüd olan şirkət təyyarələrinin yenilənməsi üçündür.
Yeni sifarişin həcmi elə böyükdür ki, ABŞ-da 140 min yeni iş yerinin yaradılmasına səbəb olacaq – hər halda Ağ Evin bununla bağlı açıqlamasında belə bildiriir.
Xatırladaq ki, iki gün əvvəl Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ben Salman əl Saud yeni «Ar-Riyadh Airlines» aviaşirkətinin yaradıldığını elan edib. Gözlənilir ki, yeni şirkət 2030-cu ilədək dünyanın 100 şəhərinə uçacaq.