Bu həftəsonu "Sea Breeze Resort"da yay mövsümünün və yeni konseptual layihələrin açılışı baş tutdu.
FED.az xəbər verir ki, iyunun 8 və 9-da "Sea Breeze"in qonaqlarını məşhur ulduzların konserti, "Crocus Fitness Lighthouse" fitnes klubunun, "McDonald's" və "The Choyxona Sea Breeze" restoranları, eləcə də Bakıda ilk "Yana Jewellery" butikinin açılışı gözləyirdi.
Yana və Vadim Raskovalovlar, Stiven Siqal, Sergey Burunov, Hüseyn Həsənov, Emin Ağalarovun anası İrina Ağalarova, Alena Qavrilova və bir çox digər qonaqlar yeni layihələrin və mövsümün açılışında iştirak etmək üçün Bakıya qonaq gəlmişdilər.
İyunun 8-i əlamətdar layihələrin açılışı ilə zəngin idi. Çoxdan gözlənilən "McDonald's"ın açılış mərasimində "Sea Breeze Resort"un sahibi Emin Ağalarov və "McDonald's Azərbaycan" Müşahidə Şurasının sədri Fərid Əlizadə iştirak etdilər. Bundan başqa, "Sea Breeze"də bütün ailə üçün sağlam və aktiv həyat tərzi mərkəzi "Crocus Fitness Lighthouse"un açılışı baş tutdu. Bu, böyük beynəlxalq "Crocus Fitness" ailəsinin növbəti, 17-ci layihəsidir. Yeni klubda həm il boyu qızdırılan açıq hovuz, həm də böyük qapalı hovuz var. 3500 kv.m sahəyə malik fitnes klubu qabaqcıl texnologiyalar və avadanlıqlar təklif edir.
Qırmızı lentin kəsilməsi mərasimində "Sea Breeze Resort"un rəhbəri Emin Ağalarov, “Crocus Fitness” şəbəkəsinin direktoru Vlad Petrov və “Vintaj” qrupunun solisti Anna Pletneva iştirak etdilər. Açılış tədbirində Stiven Siqal, Sergey Burunov, Hüseyn Həsənov, Səbinə Ağalarova. Bəhh Tee, Elman, Toni, Şevqi, Zabit Səmədov, Kənan Bədəlov və digərləri qonaq oldular.
"Sea Breeze"in daha bir yeni qastronomik layihəsi müasir və ənənəvi özbək mətbəxi restoranı – “The Choyxona Sea Breeze” oldu. 12 unikal kabinetdən ibarət olan restoranın çimərlikdə yay terrası da fəaliyyət göstərir. Bu cür struktura malik ilk xarici qastronomiya layihəsi olan “The Choyxona Sea Breeze”in açılışında özbək bayram plovu təqdim olundu. Tədbirdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov da iştirak etdi.
İyunun 9-da kurort şəhərciyinin ərazisində Azərbaycanda ilk "Yana Jewellery" butiki açıldı. Zərgərlik salonu dəbdəbəli "The Grand Sea Breeze"də yerləşir. Dənizin sahilində yerləşən bu apart-hotel 224 mənzil və üç penthausdan ibarətdir. "Yana Jewellery" zərgərlik brendi 2010-cu ildə əsası qoyulmuş "YANA" dəb evinin aparıcı layihələrindəndir. Bu, Yana və Vadim Raskovalovun Bakıda ilk layihəsidir.
"Sea Breeze" infrastruktur obyektlərini fəal şəkildə inkişaf etdirməyə davam edir. Bu yay kurort şəhərciyində "luna park" əyləncə parkı və sirk, eləcə də dünyaşöhrətli “Nikki Beach” çimərlik klubu da açıldı. Tezliklə "Sea Breeze" bir çox dünya sənətçilərini qarşılayacaq: iyulun 23-dən 28-dək Xəzərin sahilində "DREAM FEST 2024" beynəlxalq musiqi festivalı keçiriləcək. 6 gün davam edən festivalda əsl bayram əhval-ruhiyyəsi və dünyanın əfsanəvi festivallarındakı ab-hava hökm sürəcək. Festivalda çıxış edənlərin siyahısı hər gün dünyanın dörd bir tərəfindən məşhur adlar ilə yenilənir. Ceyson Derulo, Kreyq David TS5, Nikole Şerzinger, JONY, Artik&Asti, Klava Koka, Ani Lorak və bir çox başqaları festival proqramının ifaçıları arasındadır.