Rusiyanı tərk edən bir çox brend Azərbaycana aktiv şəkildə inteqrasiya olunacaq.
«Sea Breeze»də əmlakın rekord satışı – BİR NƏFƏR 360 MƏNZİL ALIB
FED.az xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov Azərbaycan Turizm Bürosunun Moskvada nümayəndəliyinin açılışında məlumat verib. O əlavə edib: “Azərbaycanda “SEA BREEZE Resort” kurort şəhərində yaxın 3 ildə “Radisson Blu”, “Hilton”, “Waldorf Astoria”, “Kempinski”, Gran və Marriott” da daxil olmaqla 7 böyük otel tikiləcək. Son 20 ildə dəbdəbəli pərakəndə satışla məşğul olduğumu və bu gün brendlərin əksəriyyətinin Rusiya bazarını tərk etdiyini nəzərə alaraq, biz onları Azərbaycana fəal şəkildə inteqrasiyaya təşviq edirik ki, rusiyalı turistlər Bakıya gələrək alış-veriş etsinlər”.
Emin Ağalarov qeyd edib ki, Azərbaycan coğrafi cəhətdən Rusiyadan çox da uzaqda deyil və ölkəmizdəki bir çox istirahət yerləri rusiyalı turistlər üçün əlçatandır.
“Biz Dubaydan, Tailanddan və ya hər hansı inkişaf etmiş ölkədən geri qalmaq istəmirik və bu sahədə ən yaxşısı olmaq istəyirik. Sizi Azərbaycanda gözləyirik”, - deyə Emin Ağalarov sözlərini yekunlaşdırıb. (Azərtac)