Xarici vətəndaşların Gürcüstana giriş qaydaları dəyişdirilib.
Eləcə də bax: Gürcüstan bu tarixdən beynəlxalq uçuşları - Bərpa Edir
FED.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, əcnəbilər sərhəddə son 72 saat ərzində aparılan PCR testinin nəticəsini əks etdirən arayış təqdim etməlidir. Bundan sonra onlar 8 günlük özünütəcrid rejiminə keçməlidirlər.
Gürcüstana səfər edən əcnəbinin tələb olunan arayışı olmayacaqsa, o, karantinə alınacaq. Bu qayda Gürcüstanda yaşayış izni olan xarici ölkə vətəndaşlarına da şamil olunur.
Yeni qaydalar İspaniya, Lüksemburq, Hollandiya, Portuqaliya, Rumıniya, Yunanıstan, İsveç, Xorvatiya, İtaliya, Kipr, Sloveniya, İslandiya kimi ölkələrə aiddir.
Gürcüstanda təhsil alan əcnəbi tələbələr ölkəyə qayıdarkən mütləq qaydada koronavirusla bağlı arayış təqdim etməli və 12 günlük karantində olmalıdırlar.
Qonşu ölkəyə səfər edən diplomatik nümayəndəliklər və beynəlxlaq təşkilatların təmsilçiləri üçün istisnalar var. Belə ki, bu şəxslər sərhəddə yalnız testin nəticəsini təqdim etməli olacaqlar. (Report)