Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin 147,8 min nəfəri gsötərilmiş xidmətlərdən narazı qalıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən onların 32,4 min nəfəri avtobusla sərnişindaşıma xidmətlərində gileylənib.28,6 min nəfəri isə restoran və kafelərdəki xidmətlərdən narazı olub.
Taksi xidmətlərini 19,3 min nəfər bəyənməyib.
Metro nəqliyyatından narazı olanların sayı isə 9,3 min nəfər təşkil edib.
Yerləşmə xidmətlərindən narazı olanlar isə 13,3 min nəfər olub.
5,6 min nəfər turagentlərin (turoperatorların) xidmətlərini, 16,7 min nəfər bələdçi xidmətlərini, 22,6 min nəfər isə digər xidmətləri qənaətbəxş saymayıb.
Təkcə avqust ayında xidmətlərdən narazı qalanların sayı 20,9 min nəfər olub ki, onun da 4,4 min nəfərini avtobusla sərnişin daşıma, 1,3 min nəfərini metro nəqliyyatını, 2,6 min nəfərini taksi, 1,9 min nəfər yerləşmə xidmətləri, 4,1 min nəfərini ictimai iaşə, 783 nəfərini turagent xidmətləri, 2,4 min nəfərini bələdçi, 3,4 min nəfərini isə digər xidmətləri qənaətbəxş hesab etməyənlərdir.