Xarici ölkə vətəndaşlarının Gürcüstana daxil olması qaydalarının sadələşdiriləcəyi gözlənilir.
Eləcə də bax: Gürcüstanda bu tarixdən bəzi məhdudiyyətlər - Aradan Qaldırılır
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən Gürcüstana səfər edənlərin ölkə ərazisinə daxil olma rejiminin asanlaşdırılması ilə bağlı müzakirələr aparılır: “Ümid edirik ki, yaxın gələcəkdə - yaz mövsümündə bütün qaydalara əməl olunmaqla çox sayda əcnəbi ziyarətçiləri qəbul edə biləcəyik. Gələn həftə turoperatorlar və turizm şirkətlərinin nümayəndələri ilə səfərlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı görüş nəzərdə tutulub”.
Qeyd edək ki, fevralın 1-dən Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviauçuşlar bərpa olunacaq. (Report)