Gürcüstanda tətbiq olunan xüsusi karantin rejiminin fevralın 1-dən qismən yumşaldılmasına qərar verilib.
Eləcə də bax: Gürcüstanda əhalinin - 60%-nə Peyvənd Vurulacaq
FED.az xəbər verir ki, həmin tarixdən etibarən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.
Həmin şəhərlərdə həmçinin məktəb və ticarət obyektləri də açılacaq.
Fevralın 1-dən Tbilisi, Kutaisi və Rustavi şəhərlərində də mağaza və ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək. Bu şəhərlərdə məktəb və ictimai nəqliyyat işini martın 1-dən etibarən bərpa edəcək.
Fevralın 15-dən etibarən isə bütün şəhərlədə qapalı və açıq bazarlar fəaliyyətə başlayacaq. (Report)