2023-cü ildə əcnəbi turistlər Azərbaycanda ümumilikdə nəqliyyata 1 milyard 45 milyon manat xərcləyib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Ümumi nəqliyyat xərclərinin ən böyük hissəsi Rusiya turistlərinin payına düşüb - 328,6 milyon manat.
Hindli turistlər nəqliyyata 135,1 milyon manat xərcləyib.
Türkiyə vətəndaşlarnın nəqliyat xərcləri isə 74,9 milyon manat olub.
Nəqliyat xərcləri üzrə ən aşağı göstərici isə 28 min manat göstərici ilə Kanada turistlərinə məxsus olub.
Daha ətraflı aşağıdakı cədvəldə: