Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi mayın 23-dən etibarən bu şəhərdə yeni növ koronavirus infeksiyası ilə bağlı karantindən azad olunan ölkə vətəndaşları üçün yeni “yaşıl siyahı”nı açıqlayıb.
Eləcə də bax: Gələn aydan Gürcüstana - Necə Getmək Olar?
FED.az xəbər verir ki, 25 aprel tarixindən qüvvədə olan siyahıya Azərbaycan, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və Amerika Birləşmiş Ştatları da daxil edilib.
Bu ölkələrdən Əbu-Dabi əmirliyinə gələn şəxslər məcburi karantin tədbirlərindən azad ediləcək və onlardan yalnız hava limanına çatdıqdan sonra “PCR” testi vermələri tələb olunacaq.
Qeyd edək ki, Əbu-Dabi hazırda “yaşıl siyahı”da olmayan ölkələrdən gələn səyahətçilərin 10 gün karantində qalmasını tələb edir. “Yaşıl siyahı”da karantinə ehtiyac olmayan ölkələrin, bölgələrin və ərazilərin adı yer alır. (Report)