İmmiqrasiya və dəniz vergi planlaşdırması üzrə ixtisaslaşmış konsaltinq şirkəti olan "Nomad Capitalist", 2026-cı il üçün dünyanın ən yaxşı pasportlarının reytinqini dərc edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mütəxəssislər 199 ölkəni beş meyar əsasında qiymətləndiriblər: vizasız səyahət, vergi yükü, ikili vətəndaşlıq, qlobal nüfuz və vətəndaş azadlıqları.
Ümumilikdə 199 ölkə arasında aparılan araşdırmaya görə dünyanın ən yaxşı pasportları – Malta, Yunanıstan, İrlandiya, Rumıniya, Kipr, Bolqarıstan, Çexiya, İtaliya, Yeni Zelandiya və Macarıstan.
Böyük Britaniya, Kanada və Cənubi Koreya 35-ci, Kipr 26-cı, ABŞ isə cəmi 43-cü yerdədir. Siyahıda Ukrayna 73-cü, Gürcüstan 78, Türkiyə 89, Rusiya 96, Qazaxıstan 114, Ermənistan 120 yerdədir.
Azərbaycan isə siyahıda 131-ci yerdədir, siyahıda qonşuları Zambiya, Monqolustan, Qambiya və Qırğızıstandır.
Siyahıda sonuncu, 199-cu yeri Əfqanıstan tutur. Ümumiyyətlə siyahıda son 10 yeri Yəmən, Somali, Fələstin, İran, Pakistan, Şimali Koreya, İraq, Eritreya, Suriya və Əfqanıstan tutur.











