Dünyanın turistlər tərəfindən ziyarət olunan ən təhlükəli təbii məkanlarının siyahısında Alp dağlarının 4810 metr hündürlüyündəki Monblan zirvəsi (İtaliya/Fransa) birinci yerdədir.
Azərbaycana 9 ayda 1,5 milyondan çox - TURİST GƏLİB
FED.az xəbər verir ki, ekstremal turizm üzrə ekspertlər bu yüksəkliyi turistlərə ölüm gətirən yer adlandırıblar.
Bu zirvədə hər il onlarla dağ səyahətini sevən insanlar həlak olurlar.
Antireytinq onluğunda yer alan təbii məkanların əksəriyyəti dağ zirvələridir. İkinci yeri Şotlandiyada ən yüksək dağ olan Ben-Nevis, üçüncünü isə Yaponiyadakı Fudziyama supervulkanı tutur. Dördüncü yer planetimizin ən yüksək zirvəsi Everestə məxsusdur. Beşinci yerdə Afrikanın məşhur stratovulkanı olan Kilimancaro qərarlaşıb.
Beləliklə, dünyadakı ən təhlükəli təbii məkanların TOP-10 siyahısını ardıcıl sıralama ilə Yosemit milli parkı (ABŞ), CAR-dakı Tafelberq dağı, Matterhorn (İsveçrə), Böyük Kanyon (ABŞ), Moher qayalıqları (İrlandiya) davam etdirir. (Trend)