Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (ÜTT), yeni növ koronavirus (Covid-19) pandemiyasına görə dünyada turizm sektorunun ən pis ilini keçirdiyini açıqlayıb.
FED.az xəbər verir ki, Təşkilatın məlumatlarına görə, 2020-ci ilin ilk 10 ayında beynəlxalq səyahət edənlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 72% azalıb.
Yanvar - oktyabr dövründə beynəlxalq turist sayının 2019-un eyni dövrü ilə müqayisədə 900 milyon azaldığını qeyd edən ÜTT, turizmdəki cəmi gəlir itkisinin də 935 milyard dollar olduğunu açıqlayıb.
Dünyada turizmin 1990-cı il səviyyəsinə geri döndüyünə işarə edən BMT təşkilatı, turizmdəki itkinin 2009-cu ildəki qlobal iqtisadi böhranın yaratdığı təsirdən 10 dəfə çox olduğunu bildirilib.
Turizmin ən çox mənfi təsir gördüyü bölgələr 82%-lik azalma ilə Asiya və Sakit Okean, 73%-lik azalma ilə Orta Şərq, 69% ilə Afrika, 68% ilə Avropa və Amerikadır.