Dubayın lüks otel şəbəkəsi "Flora Group of Hotel" Azərbaycanda otelini açmaq niyyətindədir.
Bunu “New ERA Travel” şirkətinin direktoru Elçin Rüstəmov bildirib.
"Dubayın böyük otel şəbəkələrindən biri olan "Flora Group of Hotel" Azərbaycanda otelinin açılması ilə maraqlanır. Şirkət Azərbaycana investisiya yatırmaq niyyətindədir. Qrupun nümayəndələri ilə ilk görüşümüz May ayında Dubayda oldu. Sentyabr ayında isə "Flora Group of Hotel"in nümayəndələri ölkəmizə gələrək burada bir neçə yer ilə tanış oldular".
Elçin Rüstəmov qeyd etdi ki, "Flora Group of Hotel"in Azərbaycan bazarına daxil olması münasib yerin tapılmasından asılı olacaqdır:
“Hazırda da danışıqlarımız davam edir. "Flora Group of Hotel", Bakıda mərkəzə yaxın, dəniz mənzərəli, “apartment” üslubunda, 5 ulduzlu, ən azı 60 otağı olan lüks otellə maraqlanırlar. Sentyabrda nümayəndələr ilə bir neçə yerə baxdıq, amma onların istəyinə uyğun yer tapa bilmədik. Hal-hazırda Bakıda yerlər müəyyən edərək, foto və video görüntlərini hazırlayırıq. Bu materialları qarşı tərəfə təqdim edəcəyik. Diqqəti çəkən yerlər olarsa "Flora Group of Hotel" nümayəndələrini növbəti dəfə Azərbaycana göndərəcəkdir. Əgər "Flora Group”un standartlarına uyğun otel tapılacaqsa, həmin otel satın alınacaqdır. Bu münkün olmasa yeni otelin tikintisi nəzərdən keçiriləcəkdir”.