Azərbaycanın bölgələrnidə turizmin və aqrar sahənin inkişafı üçün yeni layihə elan edilib.
FED.az xəbər verir ki, "Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi" layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşir və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən həyata keçirilir.
Eləcə də bax: Azərbaycanda yeni ekoturizm marşrutları yaradılır
Layihə çərçivəsində Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan, aqrotuzimlə məşğul olan şəxslərin qrant alması üçün nəzərdə tutulub. Qrantlar çərçivəsində kiçik sahibkarlara aqro-turizm avadanlığı təqdim ediləcək və təmir xidməti veriləcək.
Qrant müsabiqəsində iştirak etmək üçün təsərrüfat Zaqatala və ya Balakən rayonlarında yerləşməli, sahibkarrın təsərrüfatda minimum 3 illik iş təcrübəsi olmalıdır.
Bundan başqa, təsərrüfat vergi qeydiyyatında olmalı, illik dövriyyəsi 200 min manatı keçməməli, əsas magistral yoldan 40 km-dən artıq məsafədə yerləşməməlidir.
Layihəyə əsaən aqrar turizm müəssisəsinin yaradılmasını dəstəkləmək üçün mebel və avadanlıqların satın alınması, və turizm obyektinin kiçik miqyasda təmiri nəzərdə tutulur.
Qrant müsabiqəsinin iki qalibi olacaq. Hər bir qalib 20 min manatadək qrant ala biləcək. Bu məbləğin 15 min manatı mebel və avadanlıqların alınmasına, 5 min manat isə təmir işlərinə sərf ediləcək.
Qrant məbləği müraciətçinin layihəsi çərçivəsində görüləcək işlərin 80%-dən artıq təşkil etməyəcək. Yəni qrantın məbləği layihə ilə nəzərdə tutulan işlərə xərclənəcək məbləğin 80%-ni keçməyəcək. Müraciətlər üçün son tarix 31 avqust 2021-ci ildir.