Dövlət Turizm Agentliyi Yeni illə bağlı turizmdən gözləntiləri açıqlayıb.
Eləcə də bax: Azərbaycan turistlərinin Yeni il bayramını keçirəcək əsas ölkələr - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, agentliyin mətbuat katibi Kənan Quluzadə bildirib ki, turistlərə Bakıda qış nağılını yaşamaq təklif edilir: "Turizm agentlikləri xüsusi paketlər hazırlayıblar. Qış komplekslərində təqdim edilməsi üçün yeni layihə və xidmətlər var. Ümid edirik ki, koronavirusla əlaqədar hər hansı yeni dalğa olmaz. Həm yerli sakinlər, həm də qonaqlar Yeni ili Azərbaycanda sərbəst keçirə biləcəklər”.
K. Quluzadə deyib ki, hazırda Azərbaycanın hava yolları 60-dan çox ölkə və rezidentləri üçün açıqdır: "İyuldan ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilir. Bu ilin oktyabrında keçən ilin müvafiq dövrü ilə müqayisədə 167 faiz artım var. Amma əlbəttə ki, hazırda turizmin lokomotivi daxili turizmdir. Dekabrın 15-dən rəmzi olaraq qış turizmi başlayır. Qış turizmində qonaqları qarşılamaq üçün 3 kompleks - Şahdağ, Tufandağ və Naxçıvanda yerləşən qış kompleksləri var. Bu komplekslərdə bütün xidmətlər göstəriləcək".