Əgər Bakı və Abşeronun yay istisi sizi evdə saxlamırsa, dəniz kənarı çimərliklər və akvaparklar istirahət üçün ən çox axtarılan məkanlardan biridir. Yay mövsümünün ortasında şəhər sakinləri və turistlər sərinləmək, əylənmək və istirahət etmək üçün çimərliklərə axışır.
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
FED.az 2025-ci ilin yay mövsümündə çimərlik və akvaparklara giriş qiymətlərini dəqiqləşdirib. Dənizin ləzzəti bu il neçəyə başa gəlir?
“Green City Resort”
Məkan Şıxov qəsəbəsində yerləşir. Akvaparka giriş qiyməti 6 yaşa qədər olan uşaqlar üçün pulsuz, 12 yaşa qədər olan uşaqlar isə həftə içi 20 manat həftəsonu 25 manat, böyüklər üçün həftəiçi 30 manat, həftəsonu isə 35 manat təşkil. +1 kampaniyası var hal-hazırda 2 böyük 1 balaca (böyük dedikdə yəni 12 yaşadan böyüklər, balaca isə 12 yaşa qədər olan uşaqlar) həftə günlərindən asılı olmayaraq 60 manat ödəniş edərək akvaparka giriş əldə edə bilir.
“AF Hotel Aqua Park”
Novxanı qəsəbəsində yerləşən “AF Hotel Aqua Park”a giriş qiyməti ki, 3 yaşa qədər olan uşaqlar üçün pulsuzdur, 3 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün 15 manat , 12 yaşdan yuxarı olanlar üçün isə 20 manat giriş haqqı tələb olunur.
“Spring Hotel Resort & Spa”
Novxanıda yerləşən oteldə akvaparka giriş həftə günlərinə görə dəyişir. Belə ki, həftə içi 5-11 yaş uşaqlar üçün 15 manat, 12 yaşdan yuxarı olanlar üçün isə 20 manat giriş haqqı tələb olunur. Şənbə günü bu qiymət müvafiq olaraq 20 manat və 25 manat olaraq müəyyən edilib. Həftə sonu isə böyüklər üçün 5 manat daha artıq yəni 30 manat ödənməlidir, 5-11 yaş uşaqlar üçün isə qiymət şənbə günü ilə eyni 20 manatdır. 4 yaşa qədər olan uşaqlara isə giriş ödənişssizdir. Əlavə olaraq qolbaq üçün müştərilərdən 5 manat depozit tələb olunur, çıxışda qolbağı geri verdikdə depozit müştərilərə geri qaytarılır.
"Sea Breeze hotel"
Nardaranda yerləşən Sea Breeze hoteldə akvaparka giriş 5 yaşa qədər olan uşaqlar üçün pulsuzdur, 5 yaşdan böyüklər üçün isə giriş qiyməti 20 manatdır. Giriş qiymətindən əlavə 10 manat depozit tələb olunur. Çıxışda qolbaqı təhvil verərkən depozit məbləği geri qaytarılır. Əlavə olaraq istəyə görə 1 ədəd dolab 5 manatdır.
“Atlant Hotel aquapark”
Nabranda yerləşən daha bir kurort yeri olan Atlant Hotel aquapark üçün giriş 5 yaşa qədər uşaqlar üçün pulsuz müəyyən edilib, 5 yaşdan böyüklər üçün isə 13 manat ödəniş etməlidirlər.
“Casablanca Beach”
Mərədəkanda yerləşən akvapark ərazisində 5 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. 5-10 yaş aralığında uşaqlardan 10 manat, böyüklərdə isə 20 manat giriş haqqı tələb olunur.
Daha detallı :
Məkanlar |
Həftə içi günlər giriş qiymətləri |
Həftə sonu günlər giriş qiymətləri |
“Green City Resort” |
0-6 yaş : pulsuz 6-12 yaş : 20 manat 12 yaş və üzəri : 30 manat |
0-6 yaş : pulsuz 6-12 yaş : 25 manat 12 yaş və üzəri : 35manat |
“AF Hotel Aqua Park” |
0-3 yaş: pulsuz 3-12 yaş : 15 manat 12 yaş və üzəri : 20 manat |
0-3 yaş : pulsuz 3-12 yaş : 15 manat 12 yaş və üzəri : 20 manat |
“Spring Hotel Resort & Spa” |
0-4 yaş : pulsuz 5-11 yaş : 15 manat 12 yaşdan yuxarı : 20 manat |
Şənbə günü 0-4 yaş : pulsuz 5-11 yaş : 20 manat 12 yaşdan yuxarı : 25 manat *** Bazar günü 0-4 yaş : pulsuz 5-11 yaş : 20 manat 12 yaşdan yuxarı : 30 manat
|
"Sea Breeze hotel" |
0-5 yaş : pulsuz 5 yaş və üzəri : 20 manat |
0-5 yaş : pulsuz 5 yaş və üzrə : 20 manat |
“Atlant Hotel aquapark” |
0-5 yaş : pulsuz 5 yaş və üzəri : 13 manat |
0-5 yaş : pulsuz 5 yaş və üzəri : 13 manat |
“Casablanca Beach” |
0-5 yaş : pulsuz 5-10 yaş 10 manat 10 yaşdan yuxarı : 20 manat |
0-5 yaş : pulsuz 5-10 yaş 10 manat 10 yaşdan yuxarı : 20 manat |
Çimərliklərdə qiymətlər:
"Sea Breeze hotel"
Nardaranda olan məhşur çimərlikdə giriş 10 yaşa qədər uşaqlar üçün pulsuzdur , böyüklər üçün isə bir nəfər 50 manat təşkil edir. Dolab götürmək istəyən şəxslər isə 1 dolab üçün 10 manat ödəməlidir.
“Atlant Hotel”
Nabranda yerləşən daha bir kurort yeri olan Atlant Hotel çimrəlik üçün giriş 5 yaşa qədər uşaqlar üçün pulsuz müəyyən edilib, 5 yaşdan böyüklər üçün isə 13 manat ödəniş etməlidirlər.
“AF Hotel”
Novxanı qəsəbəsində fəaliyyət göstərir. Burada 3 yaşa qədər uşaqlarda çimərliyə giriş pulsuzdur, 3-12 yaş arası giriş 15 manat, 12 yaşdan yuxarılar üçün isə giriş 20 manatdır. Dəsmal verilmir müştərilər özləri ilə dəsmal götürməlidir.
“Dalga Lite”
Mərdəkanda yerləşən çimərlikdə 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur, 7-12 yaş aralığı uşaqlar üçün 5 manat, böyüklər üçün isə 10 manat giriş haqqı tələb olunur.
“Casablanca Beach”
Mərdəkanda yerləşən çimərliyə 6 yaşa qədər olan uşaqlar pulsuz, 6-10 yaş aralığı uşaqlar 10 manat, böyüklər isə 20 manat ödəyərək çimərliyə daxil ola bilər.
“Glam Beach”
Buzovna ərazisində yerləşən bu çimərliyə giriş 10 manat təşkil edir. Qiymət yaşa və həftə günlərinə görə dəyişmir.