Özbəkistan və Azərbaycan iki ölkə arasında səfərlər üçün xarici pasport əvəzinə biometrik pasportlardan istifadə imkanını nəzərdən keçirir.
“Uzbekistan Airways” Avropaya Azərbaycan və Türkiyə üzərindən uçacaq
FED.az xəbər verir ki, bu məsələ Özbəkistanın Daxili İşlər Nazirliyinin Giriş-Çıxış və Vətəndaşların Rəsmiləşdirilməsi İdarəsi və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri arasında müzakirə edilib.
Müzakirələr hər iki ölkənin Xarici İşlər nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Özbəkistan və Azərbaycan sərhədlərini keçmək üçün biometrik ID kartlarının sənəd kimi tanınması mümkünlüyü müzakirə edilib.
Tərəflər qeyd ediblər ki, bu addım vətəndaşların hərəkətini asanlaşdıracaq, ikitərəfli münasibətləri gücləndirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək.
Bununla bağlı qərarın qəbul ediləcəyi halda biometrik ID kartlardan istifadə etməklə hər iki ölkəyə səfərlər daha rahat olacaq və hər iki ölkənin vətəndaşları üçün xarici pasport almadan sərhədi keçmək imkanı yaranacaq.
Bu qərarın qəbul edilməsinin iki ölkə arasında ticari-iqtisadi, mədəni və turizm əlaqələrini gücləndirəcəyi gözlənilir. (Report)