Dünyanın məşhur turizm istiqamətlərindən olan Kipr sərhədlərin açılmasına və xarici turistlərin qəbuluna hazırlaşır.
Eləcə də bax: Avropada sərhədlərini ilk olaraq - BU DÖVLƏT AÇDI
FED.az xəbər verir ki, mayın 22-də keçirilən hkumətin toplantısında artıq iyunun 9-dan etibarən Larnaka və Pafos aeroportlarının açılması gözlənilir.
Bundan başqa ölkəyə gələn turistlər iki yerə ayrılacaq – koronavirusu tutulması ehtimalı aşağı və orta olan ölkələr. Bu qrupların hər birindən gələn turistlər üçün ayrıca tələblər olacaq. İlk qrupa (risk aşağı olanlar) Yunanıstan, Malta, Bolqarıstan, Avstriya, Sloveniya, Macarıstan, İsrail və başqaları aiddir. İkinci qrupda isə İsveçrə, Rumıniya və digər ölkələr yer alıb. Digər bütün ölkələr, o cümlədən MDB üzrə olanlar yüksək risk ölkələri sayılır və onlarjan turist qəbul edilməyəcək, epidemioloji vəziyyət dəyişdikcə siyahı da yenilənəcək
Kipr turistləri iki mərhələdə qəbul edəcək. Birinci mərhələdə iyunun 9-dan 19-dək ölkəə gələnlərin hamısından koronavirus arayışı tələb olunacaq – test ölkəyə gəlməzdən ən geci 3 gün əvvəl edilməlidir. İkinci mərhələdə isə riski az olan ölkələrdən gələnlərdən arayış tələb olunmayacaq, yalnız orta riskli ölkənin vətəndaşları test və arayış verməli olacaqlar. Ölkədə otellər isə 1 iyunda açılacaq.