Azərbaycanla Ruanda arasında diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilir.
FED.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş’’in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirə olunacaq.
Toplantı bu gün baş tutacaq.