Rusiyanın “Azimut” aviaşirkəti iyundan Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya reyslərə başlayır.
Eləcə də bax: Vladiqafqaz-Bakı aviareysi - Açılacaq
FED.az aviaşirkətə istinadən xəbər verir ki, aviareyslər Mineralnıye Vodıdan Bakıya iyunun 19-dan həyata keçiriləcək. Məlumatda qeyd edilib ki, aviareyslər hər şənbə günləri olacaq.
Belə ki, təyyarə Mineralnıye Vodıdan 10:20-də qalxacaq, Bakıya isə 13:00-da çatacaq. Təyyarə həmin gün geri qayıdacaq, 14:45-də Bakıdan qalxacaq, 15:10-da Mineralnye Vodıya enəcək.
Rostov-na-Donudan uçuşlar iyunun 23-də hər çərşənbə günləri həyata keçiriləcək. Təyyarə Rostov-na-Donudan 09:15-də qalxacaq, Bakıya 12:20-də enəcək, Bakıdan isə 13:20-də qalxacaq, 14:34-də Rostov-na-Donuya eniş edəcək.
Krasnodardan Bakıya isə iyunun 26-dan etibarən hər şənbə günləri həyata keçiriləcək. Təyyarə Krasnoadardan 08:10-da qalxacaq, Bakıya isə 11:10-da enəcək. Bakıdan isə 13:05-də qalxacaq, 13:55-də enəcək.
Qeyd edək ki, sərnişinlərə uçuşa icazə yalnız yola düşmədən 48 saat əvvəl verilmiş COVID-19 üçün mənfi test nəticəsi təqdim edildikdən sonra icazə verilir. (Report)