2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.
FED.az xəbəer verir ki, bu barədə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.
İcazə verilən ölkələr aşağıdakılardır:
Almaniya Federativ Respublikası;
Avstriya Respublikası;
Belçika Krallığı;
Çexiya Respublikası;
Danimarka Krallığı;
İrlandiya Respublikası;
İspaniya Krallığı;
İsveç Krallığı;
İsveçrə Konfederasiyası;
Kanada;
Lüksemburq Böyük Hersoqluğu;
Malta Respublikası;
Niderland Krallığı;
Polşa Respublikası;
Portuqaliya Respublikası;
Serbiya Respublikası;
Sinqapur Respublikası;
Sloveniya Respublikası;
Slovakiya Respublikası;
Yunanıstan Respublikası.