Banner

Turizm

Çinlilərin Rusiyaya girişi - QADAĞAN EDİLDİ

Çinlilərin Rusiyaya girişi - QADAĞAN EDİLDİ | FED.az
11:28 28 Yan 2020

Rusiyada fəaliyyət göstərən turoperatorlar koronavirusla bağlı vəziyyətin gərginləşməsi səbəbindən ölkəyə yeni turist qruplarının qəbulunu dayandırıblar.

Eləcə də bax: Çində virusdan ölənlərin sayı 106 nəfərə - YOLUXANLARIN SAYI 4515-Ə ÇATIB

FED.az xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi Birliyi məlumat yayıb.

“Dünən bəzi qruplar gəldilər. Hazırda bütün siyahılar yoxlanılıb. Bu gündən etibarən çinlilərdən ibarət bütün qrupların Rusiyaya girişi ləğv edilib”, - deyə təşkilatdan bildirilib.

Eyni zamanda, əvvəllər ölkəyə gələn ÇXR vətəndaşlarının proqramına müdaxilə edilməyəcəyi və Rusiya ərazisini vaxtından əvvəl tərk etməyəcəyi qeyd olunur. Çin hökuməti də xaricə səyahət qruplarının göndərilməsinə məhdudiyyətlər qoyub. Bununla birlikdə, müvafiq qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul edilmir. Belə ki, regional hakimiyyətin istəyi ilə bəzi əyalətlərdə tez, digərlərində daha gec olur.

Xatırladaq ki, son məılumatlara görə, Çində koronavirusa yoluxanların sayı 4515-ə çatıb. Onlardan 106-sı dünyasını dəyişib.

Qafqazinfo

Digər xəbərlər

Banner