Çin mart ayından Azərbaycanla birbaşa uçuşları bərpa edəcək.
Azərbaycana gələn turistlərin sayı - 1,6 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "China Southern Airlines" şirkəti Çinin Quançjou şəhəri ilə Bakı (Urumçi vasitəsilə) arasında gediş-gəlişin mart ayında rəsmi olaraq bərpa olunacağını bildirib.
Martın 13 və 20-də bir reys (CZ8051/2) həyata keçiriləcək və 26 martdan etibarən həftədə iki reysin (CZ6023/4, çərşənbə/bazar) bərpası planlaşdırılır.
"Son üç ildə koronavirus epidemiyasının təsiri ilə əlaqədar Çin və Azərbayancan arasında uçuşlar azaldılıb, müntəzəm birbaşa uçuşlar müvəqqəti olaraq dayandırılmışdı. 2023-cü ilin əvvəlində Çin yeni növ koronavirus (Covid-19) epidemiyasının qarşısının alınmasında və ona qarşı mübarizədə böyük və qətiyyətli qələbə qazandığından, Çin xarici əməkdaşlığı həyata keçirmək və xarici əlaqələri bərpa etmək, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin səlahiyyətli mülki aviasiya orqanları ilə fəal əlaqə saxlamaq və Çin ilə digər ölkələr arasında birbaşa uçuşların sürətlə bərpa olunmasına kömək etmək üçün əlindən gələni edir.
Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Birbaşa uçuşların epidemiyadan əvvəlki səviyyələrə qaytarılması Çinin iki tərəf arasında kadr mübadiləsinin daha da asanlaşdırılmasına və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə müsbət münasibətini tam nümayiş etdirir. Çin Azərbaycanın müxtəlif sahələrdə fəaliyyət göstərən qurumlarını, müəssisələrini və ayrı-ayrı şəxslərin Çinə səfər etmələrini, təhsil almalarını, sərgilərdə iştirak etmələrini və işgüzar danışıqlar aparmalarını səmimiyyətlə qarşılayır.
Çin Azərbaycanla "Kəmər və Yol Təşəbbüsü" tikintisinin ikinci onilliyinin daha yüksək səviyyəyə keçməsi üçün iki ölkə və onların xalqları arasında dostluq əməkdaşlığı, qarşılıqlı fayda və münasibətləri gücləndirmək üçün əməkdaşlıq etməyə hazırdır", - səfirliyin məlumatında deyilir. (Trend)