Banner

Turizm

Çeçenistandan Azərbaycana uçuşlar başlayır - TARİX AÇIQLANDI

Çeçenistandan Azərbaycana uçuşlar başlayır - TARİX AÇIQLANDI | FED.az
16:57 9 Aprel 2019

May ayında Qroznıdan Bakıya aviareys açılacaq. Rusiya KİV-nin məlumatına görə, bunu “Vaynaxavia” SC-nin (Qroznı aeroportu) baş direktoru Sultan Qambulatov deyib.

May ayında Qroznıdan Antalya və Bakıya, eləcə də Soçiyə yeni aviareyslər açılacaq. Bu istiqamətlər sərnişin axınının və müəssisələrin gəlirlərinin artmasına, respublikanın imicinin yaxşılaşmasına və sərnişinlər üçün rahat şəraitin yaradılmasına imkan verəcək”, - deyə o bildirib

“Vaynaxavia” SC-nin məlumatına görə, 2018-ci ildə Qroznı aeroportundan sərnişin axını 30% artaraq 458 min sərnişin təşkil edib. 2019-ci ildə bu göstəricinin 600-700 minədək artacağı gözlənilir.

Digər xəbərlər

Banner