Eləcə də bax: "Buta" aviaşirkəti Antalyaya reysləri ləğv etdi
Ölkənin yeganə aşağı büdcəli şirkətinin mövsümün qızğın çağında ölkə vətəndaşları arasında ən populyar turizm istiqamətinə uçuşları dayandırması və onu AZAL-a təhvil verməsi faktiki olaraq Antalyaya qiymətləri dolayısı yolla 2-3 dəfə artırmaq deməkdir.
Qeyd edək ki, AZAL-ın Antaliyaya uçuş tarifləri «Buta»dan 2-3 dəfə artıqdır. Belə ki, mayın 10-da bookinq edilən iyulun 15-də gediş və 22-də qayıdış üçün qiymətlər (ekonom sinif üçün) AZAL-la 680 manat təşkil edir. «Buta»da isə həmin vaxt Antalyaya uçuşlar olmadığına görə, həmin qiyməti elə şirkətin özünün təklif etdiyi alternativ variantla müqayisə etmək olar. Burada bir tərəfə uçuş qiyməti 150 manat, hər iki tərəf təqribən 300-330 manatdır.
AZAL-dan o da bildirilib ki, Antalyaya nisbətən ucuz qiymətə uçmaq istəyənlər Buta ilə Alanyaya uçaraq buradan transfer avtomobilləri ilə Antalyaya yola düşə bilərlər. FED.az bu variantı araşdırıb və məlum olub ki, Alanyadan Antalyaya ən aşağı qiymət adambaşına bir tərəfə 45 lirə və ya 20 manat , iki tərəfi isə 90 lirə və ya 40 manat təşkil edir. Bu üsuldan istifadə edənlər Alanyadan Antalyaya 2-2,5 saata çata biləcəklər.