“Julyanı” beynəlxalq hava limanının müvəqqəti bağlanması ilə əlaqədar olaraq, 2019-cu il sentyabrın 2-dən sentyabrın 12-dək “Buta Airways”in Kiyev istiqamətində olan bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçiriləcək. Bu barədə FED.az-a “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.
Eləcə də bax: 2020-ci ildən Xəzərdə - DƏNİZ KRUİZLƏRİ BAŞLAYIR
Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (martın 31-dən oktyabrın 26-dək) çərçivəsində “Buta Airways”in Bakı-Kiyev-Bakı marşrutu üzrə aviareysləri həftədə üç dəfə − çərşənbə axşamı, çərşənbə və cümə günləri həyata keçirilir.
Biletləri artıq əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.
Eləcə də bax: AZAL - ın bu il Tbilisiyə daşıdığı sərnişinlərin sayı - MƏLUM OLUB
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.