Turizm

«Buta Airways»ın biletləri mobel telefonla satılacaq

«Buta Airways»ın biletləri mobel telefonla satılacaq | FED.az
14:46 31 Yan 2019

Bundan sonra Android əməliyyat sistemli bütün smartfonların (5.0 və daha yüksək versiyalar), həmçinin iPhone (iOS 9.0 və daha yüksək versiyalar) smartfonlarının sahibləri Buta Airways rəsmi mobil əlavəsini yükləyə bilərlər.
 
FED.az xəbər verir ki, əlavə Azərbaycan, rus və ingilis dillərində sadə və rahat istifadəçi interfeysi təqdim edir.
 
Mobil əlavədə aviaşirkətin istənilən istiqamətinə aviabiletlər ala, alınan aviabiletlərin bronunu idarə edə və xidmətlər əlavə edə, öz reysinizə qeydiyyatdan keçə və uçuş cədvəlini görə bilərsiniz. 
 
Həmçinin əlavədə aviaşirkətin əsas qaydalarına dair məlumat və “Buta Airways”-in aviareyslər yerinə yetirdiyi şəhərlər üzrə səyahət bələdçisi mövcuddur.
 
«Mobil əlavə həmçinin sərnişinlərə dəstək xidmətinə onlayn müraciəti nəzərdə tutur. Çağrı Mərkəzinə telefon ilə və ya WhatsApp vasitəsilə yazaraq, həmçinin əlavənin özündə Onlayn müraciət xidməti ilə birbaşa müraciət edə bilərsiniz»-deyə məlumatda bildirilir.
 
iOS üçün əlavəni AppStore-da aşağıdakı link vasitəsilə yükləmək olar: https://itunes.apple.com/gb/app/buta-airways/id1435152673?mt=8,
Android üçün isə Google Play-də aşağıdakı link vasitəsilə yükləmək mümkündür.  https://play.google.com/store/apps/details?id=az.butaairways.app
 
 
Əlavənin işi ilə bağlı bütün sualları, həmçinin əlavəni işləyib hazırlayan proqramçılara öz istəklərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
 

Digər xəbərlər

Banner