“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Ufa şəhərinə və geriyə uçuşları bərpa edir.
Eləcə də bax: Pandemiyadan sonra Bakıdan Batumiyə ilk uçuş - HƏYATA KEÇİRİLİB
FED.az xəbər verir ki, aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
FED.az xəbər verir ki, Ufaya resləri qiymətinin yüksək olması ilə diqqəti cəlb edir. Bakıdan Ufaya və geri istiqamətə reyslərin qiyməti ayrı- ayrı uçuş sinifləri üzrə 525 manatdan (Buta Budget), 543 manat (Buta Standart) və 579 manat (Buta Super) məbləğdən başlayır.
«Buta Budget» biletinin qiymətinə yalnız sendviç daxildir. Sərnişinlərə əl yükü aparmağa da icazə verilmir.
«Buta Standart» biletində hər biletə 10 kiloqram yük icazəsi var.
«Buta Super»də isə 23 kiloqram yük yerində və 10 kiloqram əl yükü icazəsi var.
Həmçinin xatırladaq ki, “Buta Airways” aviaşirkəti 15 iyundan etibarən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
“Buta Airways” aviaşirkətinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, habelə aviaşirkətin www.butaairways.az rəsmi saytında satışdadır.
Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq olar: https://www.butaairways.az/az/covid/russia.
Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar: https://www.butaairways.az/az/covid/azerbaijan