Havalar istiləşir və insanlar yay tətili üçün indidən plan qurmağa başlayır. Planlar arasında ilk sırada isə xaricə səyahət yer alır.
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Bəs bu il yay tətilini xaricdə keçirmək neçəyə başa gələcək?
FED.az xəbər verir ki, turizmçi Xara Babayeva deyir ki, yay ayları üçün xarici ölkələrə təklif edilən tur paketlərin qiyməti ötən illə müqayisədə bahalaşıb, amma bununla yanaşı təlabat da çoxdur.
O, bildirir ki, bir neçə il öncə Azərbaycan vətəndaşlarının çoxu yay tətilində Türkiyəyə üz tuturdusa, hazırda maraq daha çox digər ölkələrədir.
Turizm eksperti Elşən Məmmədli də tədiqləyir ki, bu mövsümdə cənubi
Asiya, eləcə də cənub şərqi Asiya ölkələrinə daha çox maraq göstərirlər.