Turizm

Bu yay Bakı çimərliklərində çoxlu sayda – RUSİYALI TURİSTLƏR OLA BİLƏR

Bu yay Bakı çimərliklərində çoxlu sayda – RUSİYALI TURİSTLƏR OLA BİLƏR | FED.az
14:33 22 İyun 2019
Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinə Gürcüstana uçmağı qadağan edib. Bundan başqa, fərmana əsasən turizm şirkətlərinə tövsiyə edilib ki, qadağanan davam etdiyi müddətdə Gürcüstan ərazisinə səfərləri nəzərdə tutan turizm məhsullarının satışını dayandırsınlar.

Eləcə də bax: Putindən Gürcüstana 500 milyon dollarlıq – TURİST QADAĞASI


Yaranmış vəziyyət, çoxlu sayda rusiyalı turistlərin Azərbaycana üz tutmasına səbəb ola bilərmi? Məsələ ilə bağlı FED.az-a açıqlama verən turizm sahəsində mütəxəssis Ceyhun Aşurov bildirib ki, Qafqazda Gürcüstana alternativ ölkələrdən biri də Azərbaycandır.

“Nəzərə alsaq ki, Buta Hava Yolları da Rusiyanın şəhərlərindən birbaşa aviareyslər həyata keçirir. O zaman turistlərin sayında hiss olunacaq artımı görə bilərik. Xüsusən  də rusiyalı turistlərin Xəzəryanı bölgələrə uz tutacağını demək olar” – deyə Ceyhun Aşurov bildirib.

Mütəxəssisin sözlərinə görə, 2019-cu ilin birinci rübündə əvvəl ki, illərlə müqayisədə Azərbaycana turistlərin gəlişində azalma qeydə alınıb. Turizm mövsümünün başlanğıcındayıq amma əvvəl ki, kimi ölkəmizdə çoxlu sayda turist müşahidə olunmur. Baxmayaraq ki, ölkəmizdə otellərin sayında artım var amma bu mövsüm başlayandan potensialdan aşağı sayda turist qəbul edirik.

“Rusiya və Gürcüstan arasında baş verənlər isə Rusiyadan ölkəmizə gələcək turistlərin sayının artmasına imkan verir. Bunun üçün isə marketinq kampaniyaları və çağırışlar edilməlidir.
Xüsusən də çimərlik turizmi ön plana çəkilməlidir. Çünki rusiyalı turistlər çimərlik turizminə üstünlük verirlər”-deyə Ceyhun Aşurov bildirib.

“Azərbaycana gələcək rusiyalı turistlərin artım sayına gəlincə isə əvvəllər gələnlərin sayı 800-900 min arasında dəyişirdisə , bu mövsüm bu say 100 min nəfər daha çox ola bilər. Lakin onu da nəzərə alaq ki, turizm səfərləri öncədən qərarlaşdırılır . Ona görə də qısamüddətdə rusiyalı turistlərin qərar verməyi bir qədər fərqli ola bilər”- deyə Ceyhun Aşurov bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin məlum qadağasından sonra ölkənin bütün aviaşirkətləri Gürcüstana bilet satışlarını dayandırıblar.

 

Digər xəbərlər