Avropa Komissiyası bütün dünyada Şengen vizası rüsumlarında 12% artım olacağını açıqlayıb.
Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişəcək?
FED.az xəbər verir ki, qiymət artımı 11 iyun 2024-cü il tarixindən etibarən qüvvədə olacaq.
Sloveniyanın Xarici İşlər Nazirliyi Şengen vizası üçün böyüklər üçün müraciət edənlər üçün rüsumun 80 avrodan 90 avroya, 6-12 yaşlı uşaqlar üçün isə 40 avrodan 45 avroya qədər artacağını təsdiqləyib.
“Qeyri-qanuni yaşayan vətəndaşlarının readmissiyası ilə bağlı Aİ ilə əməkdaşlıq etməyən ölkələr üçün viza rüsumları 135 avroya, hətta 180 avroya qədər qalxa bilər” -deyə Sloveniyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qiymət artımının səbəbilə bağlı “Business Standard”-ın məlumatına görə “Avropa İttifaqına görə, qiymət artımının əsas səbəbləri inflyasiya və dövlət qulluqçularının maaşlarıdır”.
Qeyd edək ki, Şengen Viza Məcəlləsi Aİ viza haqlarının hər üç ildən bir nəzərdən keçirilməsini tələb edir. Sonuncu artım 2020-ci ilin fevralında baş verib, qiymət 60 avrodan 80 avroya yüksəlib.
Xatırladaq ki, Şengen vizası Aİ üzvü olmayan vətəndaşlara 180 günlük müddət ərzində 90 günə qədər Şengen ölkələrinə səfər etməyə icazə verən səyahət icazəsidir. Şengen zonası 29 Avropa ölkəsini, o cümlədən 25 Aİ dövlətini əhatə edir.
SchengenVisaInfo-ya görə, 2023 viza üçün müraciətin 10%-dən çoxu Çin vətəndaşları tərəfindən edilib, ikinci yerdə Türkiyə və Hindistan vətəndaşları gəlir. Çin vətəndaşları 1,1 milyon müraciətlə lider olub.
Əlavə olaraq qeyd edək ki, Hindistan vətəndaşları 2022-ci illə müqayisədə 2023-cü ildə Şengen vizası müraciətlərində 43% artımla Avropaya səyahətə artan maraq göstəriblər. Hindistan 966,687 müraciətlə viza müraciətlərində üçüncü yeri tutub.
Bu ölkələrə Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Almaniya, Estoniya, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Hollandiya, Avstriya, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya, Slovakiya, Finlandiya, İsveç, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə daxildir.