Heydər Əliyev Beynəlxalq Aeroportunun 2023-cü ilin 11 ayındakı sərnişin dövriyyəsinə nəzər salsaq görərik ki, bu rəqəm 5,3 milyonu keçib. Hesabat dövründə daxili və beynəlxalq reyslərin sərnişinlərinin ümumi sayı 2019-cu ilin eyni dövrünün göstəricilərindən 21,2 % çox olub.
Bakı aeroportunun sərnişin dövriyyəsi 11 ayda - 5,3 MİLYONU KEÇDİ
FED.az xəbər verir ki, bunu hava limanının direktoru Teymur Həsənov bildirib.
O qeyd edib ki, ilin sonuna qədər sərnişin axını 2019-cu ilin göstəricisindən 20 % çox olacağı və 5,7 milyonu ötəcəyi gözlənilir.
Payız-qış uçuş mövsümündə Bakıdan 70 yaxın şəhərə 36 aviaşirkətin uçuşlar həyata keçirdiyini vurğulayan T.Həsənov mövcud tərəfdaşlardan 17-nin aşağıbüdcəli aviadaşıyıcı olduğunu bildirib. O, əlavə edib ki, Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayıb və beləliklə, sərnişinlərə daha çox seçim imkanı verilib. (Report)