Türkiyənin məşhur turizm mərkəzi olan Antalya kurortuna 2025-ci ildə 18 milyondan artıq xarici turistin gəlməsi gözlənilir.
Bu yay tətil qiymətləri bahalaşıbmı? - VİDEO
FED.az xəbər verir ki, bu barədə Antalya Hava Limanına baxış keçirən Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bildirib «Hər il yeni rekordu geridə qoyduğumuz turizmin paytaxtı Antalyada bu il hədəfimiz 18 milyon xarici ziyarətçiyə çatmaqdır. Yeni mövsümə güclü hazırlaşırıq» -deyə nazir bildirib.
Xatırladaq ki, Antalyaya gələn xarici turistlərin sayı ildən ilə artır. 2023-cü ildə Antalya 15,7 milyon xarici turist qəbul edib. Bu, şəhərin indiyədək qeydə alınmış ən yüksək göstəricisidir və 2019-cu ildəki 15,28 milyonluq əvvəlki rekordu geridə qoyub.
2024-cü ildə isə Antalya 17,28 milyon turist qəbul edərək yeni bir rekord müəyyənləşdirib. Antalyaya ən çox turist göndərən ölkələr arasında Rusiya (3,9 milyon), Almaniya (3,52 milyon) və Böyük Britaniya (1,57 milyon) ön sıralarda yer alıb.