Yanvarın 8-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.
FED.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Qatar Airways” aviaşirkətinin Doha vaxtla saat 11:35-də “QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.