Yay mövsümünün başlanması ilə səfalı təbiəti olan bölgələrimizə turist axını artıb
Hotel xidməti ucuzlaşa bilər - VİDEO
FED.az xəbər verir ki, bu barədə turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Onun sözlərinə görə, turizm bölgələrimizdə aşağı və orta kateqoriyalı hotellərdə doluluq səviyyəsi 80%-ə çatır.
"Belə sıxlığın əsas səbəbi quru sərhədlərimizin bağlı olmasından dolayı insanların bölgələrə üz tutmasıdır. Bu, regionlardakı hotellər üçün əlverişlidir. Həm də regionlara səfər edən yerli və əcnəbi turistlər üçün uyğun qiymətlər mövcuddur. Quba-Qusar bölgəsində bir gecəlik ikinəfərlik beş ulduzlu hotellər səhər yeməyi daxil 150-200 manat, dördulduzlular isə 100-180 manat arasında dəyişir. Həftəsonları isə qiymətlər nisbətən baha olur. Şəki-Qax-Zqatala bölgəsində bir gecəlik ikinəfərlik beş ulduzlu hotellər səhər yeməyi daxil 150-200 manata, dördulduzlular isə 100-150 manat aralığında dəyişir. Həfətsonları isə qeyd edilən qiymətin üzərinə isə 30 manat əlavə olunur.
Qəbələdə isə qiymətlər nisbətən bahadır. Belə ki beş ulduzlu otellər bir günü 250-300 manat arasında dəyişir. Cənub bölgəsində isə beş ulduzlu otellər bir günü 100-15 manat arasında dəyişir. Bu istiqamətdə dörd ulduzlu otellərin iki nəfərlik qiyməti isə 80 manatdır."
Ekspert qeyd edib ki, bölgələrə gündəlik avtobus turları da mövcuddur.
"Bir nəfər üçün qiymətlər 25 manatdan başlayır. Buna nəqliyyat xidməti, səhər yeməyi və əyləncələr daxildir", - deyə o qeyd edib. (Trend)