2020-ci ildən etibarən Belarusun “Belavia” aviaşirkəti Minsk-Bakı aviareysi üzrə yerinə yetirdiyi uçuşların sayını artırmaq niyyətindədir.
FED.az xəbər verir ki, “Belavia”ya istinadən verdiyi məlumata görə, bundan başqa, aviadaşıyıcı tarif siyasətini 2019-cu ilin noyabr ayının sonunadək dəyişdirməyi planlaşdırır ki, bu da biletlərin qiymətlərinin azalmasına səbəb olacaq.
Eləcə də bax: Bakıdan bu reys üzrə hər gün uçuşlar - OLACAQ
Qeyd edək ki, təkcə 2018-ci ildə “Belavia” 20 mindən çox sərnişin daşıyıb. Cari ilin yanvar-sentyabr aylarında isə sərnişin axınının artımı 100%-dən çox olub.
Xatırladaq ki, hazırda Minsk-Bakı aviareysi üzrə uçuşlar həftədə 5 dəfə yerinə yetirilir.
Apa