Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb.
FED.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Qeyd olunub ki, qərar Türkiyə, İran, İraq, Pakistan, Suriya və başqa ölkələrə şamil edilib.
BƏƏ Federal Kimlik və Vətəndaşlıq Komitəsi Əfqanıstan, Pakistan və digər bəzi ölkələrin vətəndaşlarına qarşı təhlükəsizlik mövzusunda həssas olduqlarını, bu səbəbdən viza verilməsini müvəqqəti olaraq dayandırdıqlarını bildirib. (Qafqazinfo)