Bayram tətili günlərində havaların əlverişli keçməsi ölkənin müxtəlif bölgələrində yerləşən milli parklarda canlanmaya səbəb olub.
Bayram günlərində milli parklara giriş - PULSUZ OLACAQ
FED.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu günlərdə Azərbaycanın milli parklarına 5 min 11 turist səfər edib və ən çox turist qəbul edən milli parklarımız Göygöl, Abşeron və Ağgöl olub: “Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”,- deyə xidmət rəisi bildirib.
Xatırladaq ki, bayram tətili günlərində milli parklarda “açıq qapı” günü elan edilib və ziyarətçilər ödənişdən azad olunub. (Azərtac)