Azərbaycan və Banqladeş ticarət üzrə birgə işçi qrupu yaradacaqlar.
FED.az xəbər verir ki, Banqladeş XİN-in məlumatına görə, müvafiq razılaşma iki ölkənin xarici işlər nazirlikləri arasında ikinci ikitərəfli siyasi məsləhətləşmələr zamanı əldə olunub.
Görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Banqladeşi isə xarici işlər naziri Caşim Uddin təmsil edib.
"Müzakirənin əsas mövzuları ticarət və investisiyalar, enerji əməkdaşlığı, təhsil, mədəni mübadilə, viza rejiminin sadələşdirilməsi, həmçinin regional və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət olub. Nazir Uddin Azərbaycanı Banqladeş iqtisadiyyatına - xüsusilə, toxuculuq və dəri sənayesi, yüngül maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, neft sektoru, İKT, əczaçılıq və bərpa olunan enerji kimi sahələrə sərmayə qoymağa çağırıb", - nazirlik qeyd edir.
Bundan əlavə, Banqladeş XİN başçısı Bakı və Dakka arasında birbaşa təyyarə reyslərinin qurulmasını təklif edib. (Report)