Yaxın günlərdə Bakıda yeni Courtyard by Marriott Baku Oteli fəaliyyətə başlayır.
FED.az xəbər verir ki, bu barədə otelin nümaynədəsi İlkin Rüstəmov məlumat verib. Otaqların sayına görə, şəhərin ikinci ən böyük oteli olacaq Courtyard by Marriott Baku Qış Parkı ilə üzbəüz, şəhərin mərkəzində yerləşir.
Oteldə 365 otaq, 11 iclas otağı və eksklüziv "Beş" adlı restoranı var. Courtyard Baku oteli 5 ulduzlu kimi görünsə də əslində konsept olaraq 4 ulduzlu olması nəzərdə tutulub.
«Otelin yaranmasında əsas məqsəd turizm bazarını 4 ulduz seqmentində yüksək standardlı xidmətlə təmin edən dünya brendinin gətirilməsidir. Belə ki, otel qiymətləri xarici turistlər üçün münasib olacaq (4 ulduz kateqoriyasında) və həm də Marriott brendinin keyfiyyətində 5 ulduzlu xidmət alacaqlar»-dey İlkin Rüstəmov bildirib.
Courtyard hazırda dünya üzrə 1500-ə yaxın otəl şəbəkəsinə malik olmaqla Marriott-un ən dinamik inşikaf edən brendidir.
Courtyard by Marriott Baku Otelinin menecmenti Absheron Hotel Group tərəfindən həyata keçirilir. Qeyd edək ki, "Absheron Hotel Group" "Paşa Holdinq"ə məxsusdur.
Otelin açılışının isə 10 iyun, 2021 tarixində baş tutması nəzərdə tutulubdur. FED.az xəbər verir ki, oteldə nömrələr 3 yerə bölünür. 2 növ «standart» və «family».
Standart otaqların gecəsi 200 manat, ailəvi otaqların gecəsi 300 manat ətrafındadır.