"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.
FED.az-ın məlumatına görə, "Buta Airways" aviaşirkətinin mətbuat xidmətinin yaydığı xəbərə əsasən, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.
Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.
Acialamada deyilir:
"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.
Təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.
Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.
Əlavə suallar yarandıqda aviaşirkətin çağrı mərkəzinə +994 70 4374086 "WhatsApp" nömrəsi və ya [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz".