Bakıdan Türkiyəyə işə düşəcək yeni sərnişin qatarı ilə bağlı detallar məlum olub. FED.az "Railturkey"ə istinadən xəbər verir ki, Bakı-Tbilisi-Qars qatarı ilə sərnişinlərin daşınmasına bu ilin avqustundan başlanacaq.
Qatarlar həftədə bir dəfə hərəkət edəcəklər.
Qatarda Azərbaycanın bir qədər əvvəl İsveçrədən aldığı yeni «Stadler» vaqonları olacaq. Qeyd edək ki, 10 vaqondan ibarət olan ilk qatar bu ilin martında Azərbaycana gətirilib.
Eləcə də bax: Bakı-Gəncə-Bakı qatarında hər reysdə yerlərin təxminən yarısı boş qalır
Qatarla səyahət müddətinə gəlincə, əvvəllər bu müddətin 37 saat olacağı bildirilirdi.
«Sərhəddən keçmə zərurəti və yolların eninin azalacağını nəzərə alanda (Azərbaycan və Türkiyə dəmiryollarının eni fərqlidir), bu müddət ərtacaq və bəzi məlumatlara görə. 40 saatdan bir qədər artıq olacaq. Bununla yanaşı, tərəflər elan ediblər ki, onlar bu müddətin azaldılması üzərində işləyəcəklər.
Qatarla səyahət qiymətinə gəlincə, məlumata görə, qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 50-120 avro arasında (100-240 manat) dəyişəcək. «Bu qiymət təyyarə ilə səfərlə müqayisədə ucuzdur, hansı ki, 130 avro təşkil edir. Amma Bakıdan Ankaraya avtobus marşrutunun qiymətindən bahadır, hansı ki, 40 avro təşkil edir».
Qatardakı sərnişinlərə yaradılacaq şərait də açıqlanıb. Qatarda hər biri 4 nəfərlik olmaqla 53 «ekonom klass» kupe olacaq. Hər vaqonda bir duş kabinəsi və 2 ayaqyolu olacaq.
Ehtimal olunur ki, qatarda ənçox tələbat olacaq yerlər «komfort klass» kupelər olacaq: onlar da 4 yerlikdr, amma ayrıca duş kainələri və ayaqyoluları var.
Qatardakı vaqonlardan biri 8 kupedən ibarət olacaq. Bu kupelər «lüks klass»dır, iki yerlikdir, ayrıca duş və ayaqyolusu var. Bundan başqa, qatarda məhdud imknaları olan şəxslər üçün də vaqon olacaq.