2018-ci il oktyabrın 6-dan etibarən milli loukoster "Buta Airways" Türkiyənin daha bir məşhur istiqamətinə - İzmirə birbaşa reyslər açacaq.
FED.az xəbər verir ki, aviaşirkətin digər istiqamətləri kimi Bakı-İzmir (Adnan Menderes Aeroportu, IATA kodu: ADB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə - şənbə günləri yerinə yetiriləcək.
Eləcədə bax: Rusiyadan Azərbaycana yeni qatar – 4 SAATA GƏLƏCƏK
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Butanın digər reyslərində olduğu kimi, İzmir reysində də qiymətlər 29 avrodan başlayır. Məsələn, elə ilk uçuş günü – oktyabrın 6-da Bakıdan İzmirə və əks istiqamətdə 57,55 manata (Buta Budget paketi ilə, yəni yüksüz) və 87,32 manata (Buta Standard paketi ilə yəni 10 kiloqram yüklə) uçmaq olar.
Eləcədə bax: Sığorta şirkətlərinin bazar payı renkinqi (yanvar-iyul, 2018) – CƏDVƏL 5
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.
İzmir - böyüklüyünə görə Türkiyənin üçüncü şəhəri və ölçüsünə görə ikinci limanıdır. O, səfalı Egey dənizi sahillərində yerləşir və ölkənin ən gözəl şəhərlərindən biri hesab olunur. İzmir Türkiyənin böyük işgüzar mərkəzi və çoxsaylı qədim abidələr, böyük meydanlar, müxtəlif muzey və palma ağaclıqları ilə müasir dəniz kurortudur. Aviaşirkətin yeni istiqaməti iki dost ölkə arasında sərnişin axınını daha da artırmağa imkan verəcək.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. Hazırda aviaşirkət Bakıdan İstanbul, Alanya, Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, Kiyev, Sofiya, Tbilisi və Tehrana müntəzəm və mövsümi reyslər yerinə yetirir. Həmçinin böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri olan Gəncədən Moskvaya birbaşa reyslər yerinə yetirilir. İzmir loukosterin marşrut şəbəkəsinin 12-ci istiqaməti olacaq.
Eləcədə bax: Bakıda yeni biznes - SOSİAL ŞƏBƏKƏLİ ƏMLAK
Bakıdan Türkiyənin daha bir kurortuna - UCUZ REYS - QİYMƏT
13:11
29 Avq 2018