Martın 17-dən etibarən Bakıdan Şarm əl-Şeyxə çarter reyslərinin icrasına başlanılacaq.
Səudiyyə Ərəbistanının aviaşirkəti Bakıya uçuşları - BƏRPA EDİR
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.
Bildirilib ki, uçuşlar hər həftənin cümə günləri həyata keçiriləcək.
Misirə çarter reysləri AZAL “PASHA Travel” turoperatoru ilə birgə təşkil edib.
Şarm əl-Şeyx valehedici təbiəti və ilboyu turizm mövsümü ilə məşhur olan, Qırmızı dəniz sahilində əsrarəngiz kurort şəhəridir.
Bu reyslərə aviabiletləri www.azal.az saytından, AZAL mobil əlavəsi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar. Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində satışdadır.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək. (Report)