Rusiyanın "Smartavia" aşağıbüdcəli (loukoster) aviaşirkəti 5 mart tarixindən etibarən Sankt-Peterburq-Bakı-Sankt-Peterburq reysi üzrə uçuşlara başlayacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, aviadaşıyıcı həftədə bir dəfə olmaqla (şənbə günü) "Pulkovo" beynəlxalq hava limanından Bakıya uçuşlar yerinə yetirəcək.
Sankt-Peterburq-Bakı-Sankt-Peterburq reysinin cədvəlinə əsasən, Sankt-Peterburqdan uçuş yerli vaxtla saat 16:30-da, Bakıya eniş saat 21:15-də, Bakıdan uçuş saat 22:15-də, Sankt-Peterburqa eniş isə saat 01:15-də olacaq. Bakı-Sankt-Peterburq istiqamətə biletin qiyməti 192 manat, əks istiqamətdə isə 163 manat təşkil edir. Qiymətə 10 kq əl yükü daxildir.