Rusiyanın “SmartAvia” aviaşirkəti aprelin 2-dən Sankt-Peterburq–Bakı reyslərini həyata keçirəcək.
FED.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, uçuşlar “Boeing 737” təyyarələri ilə həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Eləcə də bax: Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa - AVİAREYS AÇILIR
Qeyd edək ki, «Smartavia» şirkətinin internet səhifəsindən elə indi də Bakıdan Sankt-Peterburqa bilet almaq mümkündür. Mart ayında gediş gəliş qiyməti iki tərəfə 19,2 min rubl və ya 310 dollar təşkil edir.