Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti sentyabrın 6-dan Bakıdan İstanbulun Sabiha Gökçen Beynəlxalq Aeroportuna uçuşları bərpa edəcək.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən istiqamətdə uçuşlar 2015-ci il martın 15-də başlayıb və 2016-cı ilin payızında dayandırılıb, indi isə yenidən bərpa edilir.
THY-nin Bakı nümayəndəliyinin məlumatına görə, Bakı-İstanbul aviareysləri həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək.
Qeyd edək ki, hazırda THY İstanbuldan Bakıya həftədə 4 reys üzrə uçuşlar yerinə yetirir. Sabiha Gökçen hava limanına uçuşların bərpa edilməsi ilə uçuşlarının sayı 5-ə çatdırılacaq.