Azərbaycanın milli aviadaşıyıcısı oln AZAL-ın saytında iki yeni istiqaməti - Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.
AZAL-dan FED.az-a verilən məlumata görə, birbaşa uçuşlar yay cədvəli çərçivəsində həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.
FED.az-ın ilkin araşdırmasına görə, bu reyslə Ciddəyə gedib-gəlmək 1 220 manata(iyunun 20-si getmək 27-si gəlmək), Əl-Qassimə gedib-gəlmək isə 1467 manata (iyunun 20-si getmək 27-si gəlmək) başa gələcək.
AZAL bildirir ki, yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.
Eləcə də bax: Bu ölkə Azərbaycan vətəndaşları üçün vizanı ləğv edir
Bakıdan daha iki şəhərə uçuşlar başladı – QİYMƏT
09:56
31 May 2018