“Türk Hava Yolları” aviaşirkəti (THY) İstanbulun yeni hava limanından Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiya şəhərinə birbaşa uçuşlara start verir və Bakıdan sözügedən istiqamətə (İstanbul üzərindən) endirimli qiymətlə bilet təklif edir. FED.az xəbər verir ki, bu barədə THY-dən məlumat verilib.
Eləcə də bax: İşləmək üçün xaricə getmək istəyənlərə – 5 VACİB MƏSLƏHƏT
Noyabrın 8-də açılacaq Bakı-İstanbul-Kipr istiqaməti üzrə aviabiletlərin onlayn satış zamanı qiyməti 129 avro (təxminən 258 AZN) təşkil edir. Bakıdan İstanbul üzərindən Nikosiyaya uçuşlar hər gün saat 14:10-da (çatma vaxtı – 18:05), əks istiqamətdə isə saat 05:35-də (çatma vaxtı – 13:15) həyata keçiriləcək. Sözügedən qiymətlərə 30 kq baqaj və 8 kq əl yükü daxildir.
Qeyd edək ki, endirimli qiymətlə alınan biletlə səyahəti bu ilin dekabrın 29-dək etmək mümkündür.
Eləcə də bax: Daha bir Rusiya şəhərindən Azərbaycana reyslər açılır