Banner

Turizm

Bakıdan Ciddəyə bilet satışı başlandı - QİYMƏT

Bakıdan Ciddəyə bilet satışı başlandı - QİYMƏT | FED.az
10:37 29 Mart 2019

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Ciddə aviareysi üzrə bilet satışına başlayıb. 

FED.az xəbər verir ki, bu barədə AZAL-a istinadən xəbər verir. 

Məlumatda deyilir ki, birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq.

Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək. 

Eləcə də bax: Yekaterinburq - Bakı aviareysi açılır - QİYMƏT

Qeyd edək ki, bu reyslə Bakıdan Ciddəyə ekonom siniflə uçuşun qiyməti 655 manat, Ciddədən Bakıya uçuşun ən aşağı qiyməti isə 587 manat təşkil edir.   

 

Digər xəbərlər

Banner